RU

YDNMA Beynəlxalq Ciu-citsu Federasiyasının Azərbaycanda rəsmi təmsilçisi olub

Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının (YDNMA) baş ofisində İdarə Heyətinin növbəti iclası keçirilib.

İdman.biz xəbər verir ki, iclasın gündəliyinə olan bir neçə məsələ haqqında müzakirələr aparılıb və qərarlar verilib.

Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası Beynəlxalq Ciu-citsu Federasiyasının üzvü olaraq ölkəmizdə bu idman növünün rəsmi təmsilçisi seçilib. YDNMA-nın tərkibində ciu-citsu sektoru yaradılıb və sektorun müdrü vəzifəsinə Əli Cəfərov təyin olunub. Atil Ağamirov tərəfindən Əli Cəfərova bu idman növünü daha da inkişaf etdirmək üçün zəruri işlərin görülməsi tapşırığı verilib.

Cari ilin sonunda ciu-citsu idman növü üzrə keçiriləcək Azərbaycan çempionatına hazırlıq işləri də müzakirə olunub.

Həmçinin Assosiasiyaya digər yeni təyinat rəsmiləşib. YDNMA-nın Təşkilat Komitəsinin sədri Elşad Kərimov baş katib vəzifəsinə seçilib.

İdman.biz

Избранный
6
7
idman.biz

9Источники