RU

İran parlamenti qapalı iclas keçirib – İsraildən qisas almağın yolları müzakirə olunub

İran parlamenti Beyrutda “Hizbullah” lideri Seyid Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsini müzakirə etmək üçün qapalı iclas keçirib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, iclasda iranlı qanunvericilər regiondakı son hadisələri müzakirə ediblər. Parlamentin yüksək çinli təmsilçisi Əhməd Naderi “Mehr”-ə deyib ki, “Nəsrullah və bir neçə başqa hərəkat komandirinin öldürülməsi ilə bağlı şəraitin araşdırılması üçün” parlamentin qapalı iclası keçirilib.

O, əlavə edib ki, görüş zamanı deputatlar İsraildən necə qisas almaq barədə təkliflər veriblər. Bu təkliflər İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim ediləcək. Şənbə günü isə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası Livandakı hadisələrlə bağlı iclas keçirib.

“AzPolitika.info”

Избранный
12
3
azpolitika.info

5Источники