AZ

İran deputatları bağlı qapılar arxasında toplaşdı: Qisas planı

İran parlamenti Beyrutda “Hizbullah” lideri Seyid Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsini müzakirə etmək üçün qapalı iclas keçirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Mehr” yazır.

İran parlamenti İsrailin hərəkətlərinə cavab vermək üçün İranın Ali Milli Təhlükəsizlik Şurasına təkliflərini təqdim etmək niyyətindədir.

Görüş zamanı deputatlar  regiondakı son hadisələri müzakirə ediblər. Deputat Əhməd Naderi “Mehr”-ə bildirib ki, Nəsrullah və bir neçə başqa hərəkat komandirinin öldürülməsi ilə bağlı şəraitin araşdırılması üçün bu gün parlamentin qapalı iclası keçirilib.

O əlavə edib ki, görüş zamanı deputatlar İsraildən necə qisas almaq barədə təkliflər veriblər:

“İran parlamenti İranın Ali Milli Təhlükəsizlik Şurasına təkliflər təqdim edəcək. Şura İsrailin cinayətlərinə qarşı ən yaxşı tədbirləri seçmək yollarını müzakirə edəcək”.

Seçilən
13
2
cebheinfo.az

5Mənbələr