RU

ABŞ-dan Tayvana 567 milyon dollarlıq hərbi yardım

ABŞ prezidenti Co Bayden Tayvana silah tədarükü və digər hərbi yardımlar üçün 567 milyon dollar ayrılması barədə göstəriş verib.

Bu barədə Ağ Evin saytında dərc olunmuş press-relizdə deyilir. “Birləşmiş Ştatların Konstitusiyası və qanunları ilə prezident kimi mənə verilən səlahiyyətlə mən Dövlət katibinə göstəriş verirəm ki, Tayvana kömək üçün Pentaqonun müdafiə məhsulları və xidmətləri, hərbi təhsil və təlimlər üçün 567 milyon dollara qədər vəsait ayırsın”, – sənəddə deyilir.

2023-cü ildə Birləşmiş Ştatlar Tayvana 345 milyon dollar hərbi yardım ayırıb. ABŞ iyun ayında 300 milyon dollara İHA-ların dövlətə satılmasını təsdiqləyib. Çin Tayvanı öz ərazisi hesab edir və Amerika hakimiyyətini bu cür yardımlara görə dəfələrlə tənqid edib. Ölkənin Müdafiə Nazirliyi Vaşinqtonu Tayvanla “hərbi sövdələşməni” dayandırmağa çağırıb.

//Samir Qurbanov, Editor.az

Избранный
1
3
editor.az

4Источники