RU

“Azərenerji” Xankəndində qapalı tipli yeni yarımstansiya tikir

Bakı. Trend:

“Azərenerji” Xankəndində qapalı tipli yeni yarımstansiyatikir.

Bu barədə Trend-ə "Azərenerji"nin mətbuat xidmətindənbildirilib.

2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı keçirilərkəndövlət başçısının tapşırığına uyğun olaraq “Azərenerji” ASC-ninxüsusi komandası operativ işə başladı və yeni anker dayaqlarquraşdırılmaqla cəmi 4 gün içində “Şuşa” yarımstansiyasındanXankəndi və ətraf ərazilərə ilkin olaraq enerji verilməsi təminedildi.

Lakin separatçıların nəzarətində olan zaman 110 kilovoltluqxətlər və mövcud “Xankəndi” yarımstansiyası istismar müddətiniçoxdan başa vurduğundan hələ o zaman tez-tez qəza açılmaları başverir, uzunmüddətli fasilələr yaranırdı.

Məhz buna görə də bu ilin yazından başlayaraq “Azərenerji”tərəfindən Şuşa şəhərindən Xankəndiyə ən çətin dağlıq və meşəlikrelyefdə 110 kV-luq ikidövrəli “Xankəndi-1”, “Xankəndi-2” yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsinə start verilib. Artıq ümumiuzunluğu 11 km olan hava xəttinin çəkilməsi işi yekunlaşıb və 1,8km məsafədə yeraltı kabel xəttinin çəkilməsi işi aparılır. Ən əsasıisə Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun olaraq110,35,10 kilovoltluq qapalı tipli yarımstansiyanın tikintisinəbaşlanılıb. Artıq tikinti işlərinin böyük hissəsi görülüb.“AzərEnerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi TeymurAbdullayevin sözlərinə görə “Xankəndi” yarımstansiyası işğaldanazad edilən ərazilərdə 110 kV-luq gərginlik sinifi üzrə tikilən ilkqapalı tipli yarımstansiyadır. “Belə ki, burada kabel zirzəmisindəntutmuş 110, 35, 10 kilovoltluq paylayıcı qurğulara, o cümlədən 2ədəd 63 MVA transformatorlara qədər bütün avadanlıqlar məhz binanındaxilində yerləşdiriləcək”.

Yarımstansiyanın qapalı tipdə tikilməsi daha az yer tutmasına,avadanlıqların uzunmüddətli istismarına, müasir standartlara uyğunestetik görnüşünə, təhlükəsizliyinə və digər amillərə görə dahaəlverişlidir. Yeni yarımstansiyada müasir tipli SERJİ yanğındanmühafizə sistemindən tutmuş, kiber təhlükəsizliyə qədər bütüntətbiqlər quraşdırılacaq. Qeyd edək ki, “Xankəndi”yarımstansiyasının ərazisində həm də anbar, qazanxana, maşınmexanizmlərinin təmir sahəsi və başqa yardımçı binalar datikilıir.

“Xankəndi” yarımstansiyasında işlərin yaxın aylarda başa çatmasıplanlaşdırılır.

Избранный
4
32
az.trend.az

10Источники