RU

Bakıda İqlim Fəaliyyəti Həftəsi işə başlayıb

Sentyabrın 30-da Bakıda İqlim Fəaliyyəti Həftəsi işə başlayıb.

 

Senzor.az bildirir ki, Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov çıxış edəcək, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və Bonn meri, ICLEI sədri Katja Doernerin videomesajı dinləniləcək.

 

Rəsmi hissədən sonra sessiyalar keçiriləcək.

 

Bakıda İqlim Fəaliyyəti Həftəsi oktyabrın 4-dək davam edəcək.

Избранный
5
6
senzor.az

8Источники