RU

Pezeşkian: Haniyənin öldürülməsinə cavab verməmək müqabilində Qəzzada atəşkəs vəd edilmişdi

Pezeşkian: Haniyənin öldürülməsinə cavab verməmək müqabilində Qəzzada atəşkəs vəd edilmişdi

İran prezidenti Məsud Pezeşkian ABŞ və Avropa liderlərinin İranın HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsinə cavab vermədiyi təqdirdə Qəzzada atəşkəs elan edəcəklərini vəd etdiklərini, lakin buna əməl etmədiklərini bildirib.İran dövlət televiziyasının məlumatına görə, Pezeşkian dünən axşam keçirilən Nazirlər Şurasının iclasında çıxış edib.Pezeşkian "İranın Haniyənin öldürülməsinə cavab verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa ölkələri liderlərinin iddiaları tamamilə yalandır. Bu cür cinayətkarlara şans vermək onları daha çox cinayətlər törətməyə həvəsləndirməkdən başqa bir iş görməyəcək" ifadələrini işlədib.İran prezidentinin açıqlamaları ölkədə mübahisələrə səbəb olarkən, gecə saatlarında İran Ali Milli Təhlükəsizlik Şurasının binası qarşısına toplaşan bir qrup hakimiyyətdən bu bəyanatlara cavab tələb edib.Mənbə: AA

Избранный
8
afn.az

1Источники