RU

Vergi ödəyicisi işçisinə borc verdiyi halda gəlir vergisi necə hesablanır?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçməVergi Məcəlləsinin 98.2 və 98.2.1-ci maddələrinə əsasən, fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq məbləği muzdlu işlə əlaqədar gəlir hesab olunur.Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərini başa düşmək üçün fikrimizi misal üzərində izah edək. Mİsal.  Vergi ödəyicisi  öz işçisinə illik 7 faiz dərəcəsi ilə 3000 manat ssuda verib. Azərbaycan Respublikası Mərkəzi Bankının aylıq hesabatında qeyd olunub ki, banklararası kreditlər üzrə orta illik faiz dərəcəsi həmin ayda 9 faiz olub. Bu zaman 2 faizlik (9 faiz – 7 faiz) fərq işçiyə verilən ssuda məbləğinə vurulur. Alınan 60 manat (3000 manat x 2 faiz) işçinin gəliri hesab edilir və həmin ay üzrə əmək haqqının üzərinə əlavə edilir. Hesab edək ki, işçinin əmək haqqı 400 manatdır, o zaman həmin ay icbari ödənişlər 400 manatdan deyil, 460 manatdan (400 manat + 60 manat) hesablanacaq.

Избранный
15
mks.az

1Источники