RU

Misli Premyer Liqasında rekord təzələndi

Azərbaycan Premyer Liqasında mövsümün yeni məhsuldarlıq rekordu qeydə alınıb. Sport24.az xəbər verir ki, 8-ci turun oyunlarında 19 qol vurulub.
 




 

Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bununla da ötən turda qeydə alınan rekord yenilənib. Ötən turda keçirilən görüşlərdə 17 top vurulmuşdu.
 





"Qarabağ" – "Sabah" (3:2) və "Araz-Naxçıvan" – "Səbail"(3:2) oyunlarının hər birində 5, "Şamaxı" – "Turan Tovuz" (2:2) matçında 4, "Zirə" – "Kəpəz" (3:0) qarşılaşmasında 3 qol qeydə alınıb. Ən az qol "Neftçi" – "Sumqayıt" (1:1) görüşündə vurulub  – 2 qol.
 
Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021/22 mövsümünün 10-cu turunda təsadüf edilib. Həmin vaxt 4 oyunda məhsuldarlıq 17 qol ilə 4,25-ə bərabər olub .

Избранный
9
26
sport24.az

10Источники