RU

Keçmiş məcburi köçkün : Təkcə uşaqları götürüb Cəbrayıldan çıxmışdıq, indi bir maşın əşya ilə geri qayıdırıq

“Təkcə uşaqları götürüb Cəbrayıldan çıxmışdıq, indi bir maşın əşya ilə geri qayıdırıq”.



NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl şəhərinə geri qayıdan keçmiş məcburi köçkün Gülməmmədova Reyhan deyib.
“Doğma el-obamıza qayıtmaq ən böyük arzum idi. Çox sevincliyəm. Allah bu işdə əməyi keçən hər kəsə uzun ömür versin. İndi doğma yurduma qayıtmağın sevincini yaşayıram”, - deyə o qeyd edib.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Cəbrayıl şəhər sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 40 ailə (123 nəfər) öz doğma yurduna köçürülür. Bununla da Cəbrayıl şəhərində ümumilikdə 117 ailənin (364 nəfərin) məskunlaşması təmin edilib.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Избранный
7
3
nuhcixan.az

4Источники