RU

Bakı metrosunda yubanma yaranıb

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə qatarın vaqonlarının qapısından siqnallar daxil olduğu üçün "28 May-Gənclik" tunel yolunda maşinist qapı sistemini yoxlamaq məcburiyyətində qalıb.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Normativ tələblərə görə, təkrar yoxlama keçirilməli olduğundan sərnişinlər "Gənclik" stansiyasında düşürülüb. Heç bir problem olmadığından "Nərimanov" stansiyasından qatar sərnişinlərlə yoluna davam edib. Nəticədə, intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb. Xəttə ehtiyat qatar verilməklə yubanma qısa müddətdə aradan qaldırılacaq. Sərnişinlərdən rica edirik ki, vaqonların qapılarına müdaxilə etməsinlər. Bunun nəticəsində ümumi yubanmalar sərnişinlərin mənzil başına vaxtında çatmamasına, stansiyalarda sərnişin sıxlığının daha da artmasına səbəb olur”, - deyə o qeyd edib.

Избранный
8
49
operativmm.az

10Источники