RU

Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin məlumatına görə, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Избранный
6
20
reyting.az

10Источники