RU

Bir sıra yollarda tıxac var – Siyahı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
 8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
 9. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
 10. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından  "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
 12. Babək prospekti, mərkəz istiqamətində;
 13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
 14. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində.
Избранный
4
49
yeniavaz.com

10Источники