RU

Kral ailəsini saxlamaq Britaniyaya neçəyə başa gəlir?

Böyük Britaniyada kral ailəsinin ölkədəki vergi ödəyicilərinə 510 milyon funt sterlinqə başa gəldiyi iddia olunur.

Publika.az xəbər verir ki, bunu "Republic" antimonarxiya kampaniyası qrupu açıqlayıb.

Bu rəqəm kral ailəsinin xərclərini maliyyələşdirən 86 milyon funt-sterlinqlik Suveren Qrantdan təxminən 6 dəfə çoxdur.

BBC-nin məlumatına görə, Suveren Qrant fondu kral ailəsinin personal, səyahət və məkanın təmiri kimi xərclərini qarşılayır, lakin təhlükəsizlik xərcləri bu fonddan çıxarılıb. Qrup isə deyir ki, təkcə təhlükəsizlik xərcləri 150 milyon funt sterlinqdir:

"Taca yarım milyard funt-sterlinq xərclədiyimiz halda, müavinətlərin kəsilməsindən necə danışa bilərik?".

Избранный
11
3
publika.az

4Источники