RU

Adanada kişi müəllimi döydü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Adana şəhərində bir şəxs dördüncü dəfə sürücülük imtahanına girən həyat yoldaşını dönərkən dönmə siqnalı vermədiyi üçün imtahandan keçirməyən müəllimi döyüb.
Oxu.Az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
İddiaya görə, ev xanımı Esma V. dönərkən siqnal vermədiyi üçün dördüncü dəfə girdiyi sürücülük imtahanını keçə bilməyib. İmtahan avtomobilinin arxasında onu izləyən Esma V.-nin həyat yoldaşı Murat V. vəziyyətə hirslənib. Murat V. sürücülük müəllimi Baddal A. ilə mübahisə edib və ona yumruq atıb.
Qan içində qalan Baddal A. təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı burnunun sındığı müəyyən edilən Baddal A. hadisə ilə bağlı polisə müraciət edib. Yüreğir Rayon Polis İdarəsinin əməkdaşları şübhəli Murat V.-ni saxlayıblar. Akıncılar Polis Məntəqəsinə aparılan Murat V.-nin dindirməsinin davam etdiyi bildirilir.
Избранный
15
50
oxu.az

10Источники