RU

Leonid Slutski: Heydər Əliyev "Baykal-Amur magistralı" layihəsinin həyata keçirilməsində unikal rol oynayıb

Şuşa. Trend:

Heydər Əliyev "Baykal-Amur magistralı" layihəsinin həyatakeçirilməsində unikal rol oynayıb.

Bunu Trend BİA, CBC kanalı və AzTV dövlətteleviziyasına müsahibəsində Rusiya Dövlət Dumasının BeynəlxalqƏlaqələr Komitəsinin rəhbəri, Rusiya Liberal Demokrat Partiyasının(LDPR) sədri Leonid Slutski deyib.

"Demək olar ki, o, layihənin koordinatoru, kuratoru və rəhbəriidi. Təbii ki, “Bamstroy”un rəhbəri Sosialist Əməyi Qəhrəmanı, həmdə əfsanəvi insan Yefim Vladimiroviç Basin idi. Əgər belə deməkolarsa, ən yüksək koordinasiyanı Heydər Əliyev həyata keçirib. Ovaxt indiki bir çox ciddi rəhbərlər, o cümlədən 8 il RusiyaFederasiyasının nəqliyyat naziri olmuş, indi isə Rusiyaprezidentinin müşaviri olan İqor Yevgenieviç Levitin - BAM-daişləyirdi. Levitin sadəcə hərbi komendaturanın əməkdaşı olsa da,illər sonra Heydər Əliyev onu tanıdı. Heydər Əliyev Baykal-Amurmagistralının tikintisinə çox vaxt keçirirdi. O, layihəyə Moskvadandeyil, tikinti yerində rəhbərlik edirdi. Və məhz Heydər Əliyevinsayəsində BAM həqiqətən qısa müddətdə tamamlandı", - deyə, obildirib.

Onun sözlərinə görə, Heydər Əliyev müxtəlif vəzifələrdə, ocümlədən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkəntarixi və əfsanəvi xarakter daşıyan proqram və layihələrin həyatakeçirilməsinə çox böyük əmək sərf edib.

"BAM hələ də mövcuddur və bizim dəmir yolu sistemimizin, indikiRusiyanın ən mühüm komponentidir. Beləliklə, burada Heydər Əliyevinrolu tamamilə unikaldır. BAM-la əlaqəli olan hər kəs, onlarınövladları, nəsli həmişə BAM-ın tikintisini xatırlayarkən HeydərƏliyevi də xatırlayacaqlar", - deyə, L.Slutski əlavə edib.

Məqalədə:
Избранный
16
1
az.trend.az

2Источники