RU

Putin yeni nüvə doktrinasını açıqlayıb

Rusiya prezidenti Vladimir Putin Rusiyanın nüvə doktrinasına baryeri aşağı salmaq istiqamətində düzəlişlər etdiyini açıqlayıb.Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, məhz bunlar nüvə zərbəsinin verilməsini praktiki olaraq təmin edən insanlardır – ölkə prezidenti, kəşfiyyat, təhlükəsizlik, müdafiə kompleksi, Müdafiə Nazirliyi, Roskosmos və Rosatom, Təhlükəsizlik Şurasının aparatı.Putin nüvə silahından istifadənin ölkənin suverenliyini qorumaq üçün ifrat tədbir olduğunu, Rusiya nüvə triadasının isə strateji güc balansının aləti olduğunu deyib: “Eyni zamanda, müasir hərbi-siyasi vəziyyətin dinamik şəkildə dəyişir və biz Rusiya və müttəfiqlərimiz üçün yeni hərbi təhdid və risk mənbələrinin ortaya çıxmasını nəzərə almağa borcluyuq”,-deyə Putin qeyd edib.Aydındır ki, söhbət Ukraynadan və getdikcə müharibəyə qoşulan Qərb ölkələrinin koalisiyasından gedir. Beləliklə, təhlükə və risklərin yeni mənbələri göz qabağındadır: “Vəziyyətin inkişafını proqnozlaşdırmaq və müvafiq olaraq strateji planlaşdırma sənədinin müddəalarını cari reallıqlara uyğunlaşdırmaq vacibdir”,-deyə Putin bildirib.Dövlət başçısının bəhs etdiyi sənəd “Nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları”dır.Yeganə 

Избранный
26
elchi.az

1Источники