RU

Rusiyanın Baş naziri sabah İrana səfər edəcək


Rusiyanın Baş naziri Mixail Mişustin sentyabrın 30-da Tehrana səfər edəcək və İran prezidenti Məsud Pezeşkian və ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Areflə danışıqlar aparacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Rusiya-İran əməkdaşlığının bütün spektrinin ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə müzakirəsi planlaşdırılır.
“Nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı və digər sahələrdə birgə iri layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək”, - deyə məlumatda qeyd olunub.
Избранный
5
8
yeniavaz.com

10Источники