Çində pensiya yaşı 1978-ci ildən bəri ilk dəfə artırılıb.
Bakuinfo.net publika.az-a istinadən xəbər verir ki, ölkənin qanunverici orqanı pensiya yaşının tədricən artırılması planını təsdiqlədiyini bildirib.
Buna uyğun olaraq Çində yaxın 15 ildə kişilər üçün pensiya yaşı 60-dan 63-ə, qadınların pensiya yaşı isə 58-ə qaldırılacaq.
Dəyişikliyin 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır.