RU

"Azazrkeşlərə borcumu qaytarmağı düşünürəm" - Roman Qriqorçuk

"Prinsipcə, biz qələbəyə daha yaxın idik. Amma futbolda belə şeylər olur. Necə varsa, elə də qəbul edirik".

Prosport.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının VIII turunun "Sumqayıt"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Növbəti turda "Neftçi" "Kəpəz"lə oynayacaq. Hər iki komanda autsayderdir. Vaxtı ilə bu iki komanda güclü idi və onların oyunu derbi sayılırdı...

- Hazırda heç bir derbi haqda düşünmürəm. Bu haqda düşünmək mənasızdır. İndi yalnız qələbə haqda düşünməliyik. Bu, "Neftçi" üçün çox vacibdir.

- Nəyi dəyişmək lazımdır ki, nəticə olsun?

- Stadionumuz dəyişib, buranı bəyənirəm. Oynadığımlz futbol və nəticələr bundan çox geri qalır. Oynumuzu yaxşılaşdırmalıyıq. Bunu da əzmkar işlə.

- Qalib gələ bilməməyinizin əsas səbəbi nədir?

- Taktiki və fiziki cəhətdən çatışmazlıqlar yoxdur. Psixoloji cəhətdən oyunçuların üzərində təzyiq var. Psixoloji daha yaxşı olmalıyıq. İndi yalnız qələbə vəziyyəti yaxşı tərəfə dəyişəcək.

- "Neftçi"nin tarixində bu qədər zəif başlanğıc olmayıb. Bura gələndə bunu gözə almışdınız və sizdə ruh düşkünlüyü yaranırmı?

- "Neftçi" brenddir. Nəticələr də buna layiq olmalıdır. Təbii ki, bu haqda düşünməmişdim. Çünki heç vaxt gələcəkdə nələrin baş verəcəyi haqda düşünmürəm. Komandanın 8 oyunda qalib gələ bilməyəcəyini düşünmək çətindir.

- Emin Mahmudov zədəlidir, yoxsa heyətdə düşünmürsünüz?

- Bəli, yüngül zədəsi var. Həkimlərin proqnozuna görə, gələn həfətədən məşq edəcək.

- Ümidiniz var ki, "Kəpəz" üzərində qazanılacaq mümkün qələbədən sonra "qara zolaq"dan çıxacaqsınız?

- Bayaq dedim, yenə cavab verim. Min 100 faiz əminliklə deyə bilərəm ki, qələbə qazansaq, daha yaxşı olacaq. Qələbə futbolçunu çox güclü dəyişir. Analiz edirəm, görürəm ki, qələbəsizlik futbolçularda necə təzyiq yaradır. Futbolçular kimi mənə də təsir edir. Bilmirəm hansı sözlə ifadə edim. Azarkeşlərə borcum var, qaytarmağı fikirləşirəm. Yaranmış vəziyyət məni çox üzür. Qazanacağımız qələbələr azarkeşlərimizə həsr olunacaq.

- "Neftçi" rəhbərliyi istəyərsə, təzminatsız çıxıb gedərsiniz?

- Gəlin, futbol haqda danışaq. Bu mövzuları klubun daxilində müzakirə edirik.

Избранный
12
14
prosport.az

10Источники