AZ

"Azarkeşlərə böyük borcum var, qaytarmağı fikirləşirəm" - Roman Qriqorçuk

"Prinsipcə, biz qələbəyə daha yaxın idik. Amma futbolda belə şeylər olur. Necə varsa, elə də qəbul edirik".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli premyer-liqasının 8-ci turunun "Sumqayıt"la oyundan keçirilmiş mətbuat konfransında deyib.

- Növbəti turda "Neftçi" "Kəpəz"lə oynayacaq. Hər iki komanda autsayderdi. Vaxtı ilə bu iki komanda güclü idi və bu komandaların oyunu derbi sayılırdı...
- Hazırda heç bir derbi haqda düşünmürəm. Bu haqda düşünmək mənasızdı. İndi yalnız qələbə haqda düşünməliyik. Bu "Neftçi" üçün çox vacibdi.

- Nə dəyişmək lazımdı ki, nəticə olsun?
- Stadionumuz dəyişib, buranı bəyənirəm. Oynadığımız futbolda və nəticələr bundan çox geri qalır. Oyunumuzu yaxşılaşdırmalıyıq. Bunu da əzmkar işlə.

- Qalib gələ bilməməyinizin əsas səbəbi nədi?
- Taktik və fiziki cəhətdən çatışmazlıq yoxdu. Psixoloji cəhətdən oyunçular üzərində təzyiq var. Daha yaxşı olmalıyıq. İndi yalnız qələbə futbolçunu daha yaxşı tərəfə dəyişəcək.

- "Neftçi" tarixində bu qədər zəif başlanğıc olmayıb. Bura gələndə bunu gözə almışdız və sizdə ruh düşkünlüyü yaranır?
- "Neftçi" brenddi. Nəticələr də buna layiq olmalıdı. Təbii ki, bu haqda düşünməmişdim. Komandanın səkkiz oyun qalib gələ bilməyəcəyini düşünmək çətindi.

- Emin Mahmudov zədəlidi, yoxsa heyətdə düşünmürdüz?
- Bəli, yüngül zədəsi var. Həkimlərin proqnozuna görə, gələn həftədən məşq edəcək.

- Ümidiniz var ki, "Kəpəz" üzərində qazanılacaq qələbədən sonra "qara zolaq"dan çıxacaqsız?
- Bayaq dedim, yenə cavab verim. Min faiz əminliklə deyə bilərəm ki, qələbə qazansaq, daha yaxşı olacaq. Qələbə futbolçunu çox güclü dəyişir. Analiz edirəm, görürəm ki, qələbəsizlik futbolçularda necə təzyiq yaradı. Futbolçular kimi mənə də təsir edir. Bilmirəm hansı sözlə ifadə edim. Azarkeşlərə böyük borcum var, qaytarmağı fikirləşirəm. Yaranmış vəziyyət məni çox üzür. Qazanacağımız qələbələr azarkeşlərimizə həsr olunacaq.

- "Neftçi" rəhbərliyi istəyərsə, təzminatsız çıxıb gedərsiz?
- Gəlin futbol haqda danışaq. Bu, klubdaxili məsələdi.

Seçilən
0
14
football-plus.az

10Mənbələr