Türkiyə 1-ci Liqasının 7-ci turunda Azərbaycan futbolçuları üz-üzə gəliblər.
İdman.biz xəbər verir ki, Coşqun Diniyevlə Renat Dadaşovun komandaları münasibətlərə aydınlıq gətiriblər.
Coşqunun start heyətində yer aldığı \"Bandırmaspor\" \"Ankaragücü\"nü 2:0 hesabı ilə məğlub edib. Diniyev 83-cü dəqiqədə əvəzlənib. Renat Dadaşov isə meydana sonradan daxil olub. 59-cu dəqiqədə şans qazanan hücumçu komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, \"Bandırmaspor\" 11 xalla 5-ci, \"Ankaragücü\" 9 xalla 13-cü pillədə qərarlaşıb.