AZ

Coşqunun komandası Renatın formasını geyindiyi "Ankaragücü"yə qalib gəlib

Türkiyə I Liqasının VIII turunda Azərbaycan futbolçuları üz-üzə gəliblər. Sport24.az xəbər verir ki, Coşqun Diniyevlə Renat Dadaşovun komandaları münasibətlərə aydınlıq gətiriblər.
 
Coşqunun start heyətində yer aldığı "Bandırmaspor" "Ankaragücü"nü 2:0 hesabı ilə məğlub edib. Diniyev 83-cü dəqiqədə əvəzlənib. Renat Dadaşov isə meydana sonradan daxil olub. 59-cu dəqiqədə oyuna qoşulan forvard komandasını məğlubiyyətdən xilas edə bilməyib.
 
Qeyd edək ki, "Bandırmaspor" 11 xalla 5-ci, "Ankaragücü" 9 xalla 13-cü pillədə qərarlaşıb.

Seçilən
2
4
sport24.az

5Mənbələr