RU

Baydendən Nəsrullahın öldürülməsini ilə bağlı qalmaqallı açıqlama: Əmr etdim ki...

ABŞ prezidenti Livan hərəkatının lideri Seyid Həsən Nəsrullahın İsrailin hava hücumu nəticəsində həlak olması ilə bağlı verdiyi açıqlamada baş verənlərin “ədalət tədbiri” olduğunu bildirib.

Publika.az xəbər verir ki, Bayden Nəsrullah və onun rəhbərlik etdiyi “Hizbullah” qruplaşmasının 40 illik hakimiyyəti zamanı yüzlərlə amerikalının qətlinə görə məsuliyyət daşıdığını bildirib:

“Onun İsrailin hava hücumunda ölümü minlərlə amerikalı, israilli və livanlı mülki vətəndaş da daxil olmaqla çoxsaylı qurbanları üçün ədalət ölçüsüdür. Nəsrullahı öldürən zərbə 7 oktyabr 2023-cü ildə Həmas qırğını ilə başlayan münaqişənin daha geniş kontekstində həyata keçirilib. Ertəsi gün Nəsrullah HƏMAS ilə birləşərək İsrailə qarşı “şimal cəbhəsi”ni açmaq barədə taleyüklü qərar verdi”, - deyə Bayden bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar “Hizbullah, Həmas husiləri və İranın dəstəklədiyi hər hansı digər terror qruplaşmalarına qarşı İsrailin özünümüdafiə hüququnu tam dəstəkləyir”.

Избранный
16
2
publika.az

10Источники