AZ

"Hizbullah" liderini öldürmək əmri ABŞ-dən verilib - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahı öldürmək əmri ABŞ-dan verilib və Vaşinqton bunun məsuliyyətindən qaça bilməyəcək.

Bu barədə dövlət başçısı İslam Respublikasının dövlət televizisiyasının efirində söyləyib.

"Dünya unutmamalıdır ki, əmr ABŞ-dan verilib. Amerikalılar heç vaxt məsuliyyətdən qaça bilməyəcəklər", – o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib. \\Redaktor.Az 

Seçilən
0
49
hurriyyet.az

10Mənbələr