RU

Həsən Nəsrullah niyə TƏCİLİ aradan götürüldü?

“İsrail hökuməti Livanda quru əməliyyatını təxirə samaq üçün Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahı sıradan çıxararaq, onu zəiflətmək qərarına gəlib”.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) İsrail ordusu və rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail Nəsrullahın ölümü ilə Hizbullahı sərhəddən uzaqlaşdıracağına ümid edirdi.

“Biz qurudan hücuma keçməkdən qaçmaq istərdik”, – deyə yüksək rütbəli İsrail rəsmisi əlavə edib.

Eyni zamanda o, Hizbullah baş katibinin ölümünü bu məsələdə “dönüş nöqtəsi” adlandırıb.

“Axios” portalı da İsrail rəsmilərinə istinadən buna bənzər məlumat yayıb. Qeyd edilib ki, İsrail Həsən Nəsrullahı sərhəd bölgələrində döyüşləri dayandırmaq istəmədiyinə görə sıradan çıxarmaq qərarına gəlib.

Portal yazır ki, Nəsrullaha qarşı mümkün zərbə ilk dəfə sentyabrın 25-də, İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getməzdən əvvəl müzakirə edilib. Nəticədə fürsəti gözləmək qərara alınıb. İsrailin zərbə endirmək qərarına gəlməsinin əsas səbəbi Nəsrullahın “şimal sərhədində döyüşləri dayandırmayacağı” ehtimalı idi.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Nəsrullahın sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyruta hücumu nəticəsində öldürüldüyünü rəsmən bəyan etmişdi. Hizbullah da liderinin ölümünü təsdiqləyib

Избранный
6
27
tribunainfo.az

10Источники