RU

Nəsrullahın ölümündən sonra sərt mesaj: “Bu, son deyil”

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahın öldürülməsindən sonra açıqlama verib.

Teleqraf.com xəbər verir ki, general İsrailə təhlükə yaradan bütün nöqtələrin məhv ediləcəyini deyib.

“Alətlər qutusundakı alətlərin sonu bu deyil. Mesaj sadədir: İsrail Dövlətinin vətəndaşlarını təhdid edən hər kəsə necə çatacağımızı bilirik”, - Halevi vurğulayıb.

İsrail Müdafiə Qüvvələri bundan öncə Nəsrullahın gecə saatlarında Livanın paytaxtı Beyruta hava zərbələri nəticəsində məhv edildiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
10
40
teleqraf.com

10Источники