RU

Tozlu hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu ərazilərdə tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.4 - 1.6 dəfə artıqdır: “Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və şimal-şərq  istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə  daxil olub”.

G.Abbasova əlavə edib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.

Избранный
10
28
qafqazinfo.az

10Источники