Azərbaycan gimnastı beynəlxalq kubokda qızıl medal qazandı
Azərbaycanın bədii gimnastı Şəms Ağahüseynova Monteneqronun Budva şəhərində keçirilən Balkan Kubokunda qızıl medal qazanıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıbş Məlumata görə, yığma üzvü top, lent və çoxnövçülük proqramları üzrə birinci yerin sahibi olub. Sentyabrın 26-sı start götürən yarışa ayın 29-u yekun vurulacaq.