RU

Cənub klubu 6-cı amerikalı ilə anlaşıb

"Lənkəran" klubu heyətini amerikalı basketbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Cənub təmsilçisi Andre Bolla ilə anlaşıb. 24 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb. O, daha əvvəl ölkəsində "Cal State Dominguez Hills" və "Pepperdine University"nin şərəfini qoruyub.
 
Qeyd edək ki, bu "Lənkəran"nın sayca 6-cı amerikalı basketbolçusu olub. Komanda buna qədər Filmon Gebriyhit, Emanuel Littls, Maykl Rocers, Gregorey Milton və Ceremi Berraytı heyətinə qatıb.

Избранный
4
8
sport24.az

10Источники