RU

Həsən Nəsrullahın öldürülməsi İDDİAsı ilə bağlı ŞOK DETALLAR - Netanyahu göstərişi belə verib

Netanyahu Nyu-Yorkdakı mehmanxana otağından “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın məhv edilməsi barədə göstəriş verdiyi anların görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrail mediasında bildirilib.

Qeyd edək ki, sosial mediada bir neçə saat bundan öncə yayılmışdı. Lakin fotonun nə üçün yayıldığı ilə bağlı heç bir şərh verilməmişdi.

İsrailin Livanın paytaxtı Beyrut şəhərində yerləşən Hizbullaha aid qərargahları vurduqdan sonra, rəsmi media orqanları fotonu yenidən gündəmə gətiriblər. 

Başqa bir məlumata görə isə,Həsən Nəsrullahın öldürülməsi ilə bağlı qərar çərşənbə günü, sentyabrın 25-də verilib.

İsrail mediasının yaydığı (qeyri-rəsmi) xəbərlərə görə, Netanyahunun ABŞ-a səfəri aldatma planının bir hissəsiymiş. Məqsəd Nəsrullahı Netanyahu ABŞ-da olarkən İsrailin dramatik addımlar atmayacağına inandırmaq olub.

Musavat.com

Избранный
9
31
musavat.com

10Источники