Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
Nazirlər müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, nəqliyyat və turizm sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini, habelə beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri müzakirə ediblər.
C. Bayramov regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən COP29-a hazırlıq barədə də məlumat verib.