RU

“Bu sual mənə aid deyil” – Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Səbail” oyunundan (3:2) sonra Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi

– Ağır oyun olacağını bilirdik. Tovuz səfərindən sonra çox məşq edə bilmədik. Ümidverici odur ki, komanda müsbət siqnallar verir. Oyun ərzində məşqdəki elementləri bizə qaytarırlar. Daha da yaxşı olmalıyıq.

– Komandanın Naxçıvana qayıtmaq ehtimalı nə qədərdir?

– Bu sual mənə aid deyil. Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, bizi öz arenamıza qaytarsınlar. Orada daha fərqli atmosfer olacaq. Ümid edirəm ki, qısa zamanda Naxçıvana qayıdarıq.

– Liderliyə yüksəldiniz. Uğurun sirri nədir?

– O prizmadan yanaşmırıq ki, lider qalaq. Hər gün proqram üzrə çalışırıq. Yaxşı seleksiya işlərimiz olub. Buna baxmayaraq, hələ tam istədiyim komanda yoxdur.

– Klubun qeyri-rəsmi rəhbəri Zaur Axundov 2 ay əvvəl demişdi ki, yaxşı yerlər olmazsa, məşqçi dəyişəcək. İndi 2 ay keçib və lidersiz. Bundan sonra hədəf nədir? 

– Onunla hər gün görüşürük. Axundovun sözlərini normal qarşılamışdıq. Mövsüm uzundur. Heyəti genişləndirməliyik. (futbolpress.az)

Избранный
3
1
msport.az

2Источники