AZ

“Daha yaxşı olmalıyıq” – Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Səbail” oyunundan (3:2) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Ağır oyun olacağını bilirdik. Tovuz səfərindən sonra çox məşq edə bilmədik. Ümidverici odur ki, komanda müsbət siqnallar verir. Oyun ərzində məşqdəki elementləri bizə qaytarırlar. Daha da yaxşı olmalıyıq.

– Komandanın Naxçıvana qayıtmaq ehtimalı nə qədərdir?

– Bu sual mənə aid deyil. Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, bizi öz arenamıza qaytarsınlar. Orada daha fərqli atmosfer olacaq. Ümid edirəm ki, qısa zamanda Naxçıvana qayıdarıq.

– Liderliyə yüksəldiniz. Uğurun sirri nədir?

– O prizmadan yanaşmırıq ki, lider qalaq. Hər gün proqram üzrə çalışırıq. Yaxşı seleksiya işlərimiz olub. Buna baxmayaraq, hələ tam istədiyim komanda yoxdur.

– Klubun qeyri-rəsmi rəhbəri Zaur Axundov 2 ay əvvəl demişdi ki, yaxşı yerlər olmazsa, məşqçi dəyişəcək. İndi 2 ay keçib və lidersiz. Bundan sonra hədəf nədir? 

– Onunla hər gün görüşürük. Axundovun sözlərini normal qarşılamışdıq. Mövsüm uzundur. Heyəti genişləndirməliyik.

Şahin Cəfərov 

Seçilən
16
1
futbolpress.az

2Mənbələr