RU

Baş ekspert - VAKANSİYA

"Bank of Baku" şirkəti, Biznesin inkişafı departamenti Optimizasiya şöbəsinin baş eksperti vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq edilmiş strategiyasının həyata keçirilməsi istiqamətində fəaliyyəti səlahiyyətləri daxilində əlaqələndirmək, digər struktur bölmələrlə bu istiqamətdə sıx əməkdaşlıq etmək
  • Bankın strateji planının icra səviyyəsini müəyyən edilməsində iştirak, planın icrasına nəzarətin effektiv təşkili məqsədilə Bankın rəhbərliyinə onun icrası ilə bağlı lazımi məlumat və hesabatların verilməsini təmin etmək
  • Bankda məhsul və xidmətlərin satışını həyata keçirən struktur bölmələrin (vahidlərin) fəaliyyətinin təyin olunmuş performans və keyfiyyət meyarlarına uyğunluğunu qiymətləndirmə prosesində iştirak etmək və nəticələri barədə məlumat vermək
  • Səlahiyyətləri daxilində, bank məhsulları və xidmətlərinin effektivliyini və müştəri məmnunluğunu təhlil etmək
  • Bazar ehtiyaclarını və imkanlarını müəyyən etmək üçün Bankın aidiyyəti struktur bölmələri ilə səlahiyyətləri daxilində əməkdaşlıq etmək,
  • Bankın inkişaf məqsədlərinə uyğun olaraq, yeni məhsul və xidmətlərin müəyyənləşdirilməsinə və onların təkmilləşdirilməsinə dəstək olmaq

Tələblər:

  • Ali təhsil- Bakalavriat
  • Sahə üzrə 3 il və daha çox təcrübə
  • Kompüter bilikləri: Excel - Yüksək, PL/SQL – Başlanğıc, Power Point – Orta
  • Dil bilikləri: Azərbaycan-yüksək
  • Bank təcrübəsi olan (həm İstehlak kreditləri, həm də Mikrokreditlər yönümlü) əməkdaşlara üstünlük verilir

Üstünlüklər:

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta; 
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

 

Избранный
22
37
fins.az

10Источники