AZ

Mərkəzi Bankda karyera şansı: İT dəstək şöbəsi üçün mütəxəssis AXTARILIR!

Azərbaycan Respublikasının Mərkəzi Bankı, kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.

İnformasiya texnologiyaları əməliyyatları departamentinin Texniki dəstək şöbəsi - Şöbə rəisi

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Əsas vəzifə funksiyaları:

  • Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin  yerinə yetirilməsini təşkil edir; 
  • Ardıcıl, yüksək keyfiyyətli xidməti təmin etmək üçün İT dəstək üçün siyasət və prosedurların hazırlanması və həyata keçirilməsi;
  • Performansın qiymətləndirilməsi və peşəkar inkişafın təmin edilməsi daxil olmaqla, İT dəstək komandasına nəzarət və idarəetmə;
  • Mərkəzi Bankın Mərkəzi ofisi və bütün ərazi idarələrində istifadəçilər tərəfindən bildirilən texniki problemlərin vaxtında və effektiv həllini təmin etmək;
  • Keyfiyyətli dəstək işinin təmin etmək məqsədi ilə Mərkəzi Bankın aparat, proqram təminatı və şəbəkə sistemləri haqqında müasir biliklərə sahib olmaq;
  • Təkmilləşdirilməli sahələri müəyyən etmək üçün İT dəstək komandasının performans göstəricilərinin və istifadəçi rəylərinin təhlilini həyata keçirmək;
  • İT dəstək komandası üçün lazımi alətlərin, proqram təminatının və avadanlıqların satın alınmasına nəzarət etmək;
  • Resurslardan səmərəli istifadəni təmin edərək, İT dəstək büdcəsinin hazırlanması və idarə edilməsi;
  • İT dəstək komandası daxilində istifadəçilərlə ünsiyyət mədəniyyətini yüksək saxlamaq;
  • Aydın ünsiyyət və əməkdaşlığı təmin edərək, İT dəstək komandası ilə digər İT bölmələri arasında əsas əlaqə rolunu oynamaq;
  • Periferiya qurğularının, poçt sisteminin mərkəzləşdirilmiş idarəedilməsi
  • Şöbənin funksiyalarına aid olan məsələlər barədə müraciətlərə və məktublara cavablar hazırlayır;
  • Müvafiq İT layihələrdə iştirak edir;
  • Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

Tələb olunan biliklər:

  • Windows, Linux, macOS kimi əməliyyat sistemlərini idarə etmək və dəstəkləmək;
  • TCP/IP, DNS, DHCP, VPN, DC, SCCM ilə bağlı texnologiyaları bilmək;
  • Avadanlıqların, serverlərin və şəbəkə infrastrukturunun monitorinqi üçün alətləri istifadə etmək;
  • Antivirus proqramları, firewall və digər təhlükəsizlik həlləri ilə tanış olmaq;
  • Əməkdaş sayı 500-dən yüksək olan müəssisənin İT texniki dəstək idarəetməsi üzrə təcrübə;
  • Sorğu, insident, dəyişiklik idarəedilməsinin tətbiqi və istifadəsi üzrə təcrübə;
  • İT anbar sisteminin tətbiqi və istifadəsi üzrə təcrübə ;
  • İT Layihələrinin idarəetməsi üzrə təcrübə.

Tələblər:

  • Təhsil - Ali təhsil tələb edilir:
  • Təcrübə - Müvafiq sahədə 5 il iş təcrübəsi;
  • Dil bilikləri - Azərbacan dili – yüksək səviyyədə / İngilis dili – orta səviyyədə;
  • Kompüter bacarıqları - MS Office yüksək səviyyədə;
  • Sertifikatlar - ITIL, CompTIA A+ sertifikasiyası arzuolunandır.

CV-nizi göndərmək üçün linkdən istifadə edin.

Zemfira Ms
Fins.az

 

Seçilən
42
37
fins.az

10Mənbələr