RU

"Qarabağ"la oyunda qırmızı vərəqə planlarımıza daxil deyildi" - Ange Postekoqlu

"Biz oyuna daha yüksək tempdə başlamağı planlaşdırmışdıq".

Prosport.Az xəbər verir ki, bunu "Tottenhem"in baş məşqçisi Ange Postekoqlu “Qarabağ”a qarşı UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Yunanıstanlı mütəxəssis qalib gəldikləri görüşü şərh edib: "Qarşılaşmanın əvvəlindəki qırmızı vərəqə planlarımıza daxil deyildi. Biz oyuna daha yüksək tempdə başlamağı planlaşdırmışdıq. Futolçumuz meydandan qovulana qədər ötürmələrlə passiv oynadıq və təəssüf ki, nəticədə Draquş buna görə cəzalandı. Daha sonra üstünlüyü ələ ala bildik. Qələbə qazanmağımıza baxmayaraq, startdan narazı qaldım".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" - "Qarabağ" oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Избранный
15
1
prosport.az

2Источники