Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq paylaşım səfirin “X” sosial şəbəkəsindəki hesabında dərc edilib.
“Qardaş Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik!”, – paylaşımda qeyd olunub.