RU

"Kapital Bank” ASC-nin istiqrazlarının yerləşdirilməsi yekunlaşıb - BFB

26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 30,000,000 (otuz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilıb.

Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 26 sentyabr 2024-cü il tarixində yekunlaşıb.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2013005155

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

İstiqrazın sayı

300,000 (ədəd)

İlkin ticarət qiyməti

100 ABŞ dolları

Buraxılış həcmi

30,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

7%

Ödəmə Periodu

İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir

Tədavül müddəti

7 il

Hərrac qiyməti

100 ABŞ dolları

Reallaşdırılmış həcm

30,000,000 ABŞ dolları

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

35,211,100 ABŞ dolları

İnvestor sayı

161

Sifariş sayı

171

İstiqrazların ödəmə tarixi

26.09.2031

Anderrayter

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

Избранный
14
2
fins.az

6Источники