RU

Tramp sui-qəsdə məruz qaldığı yerdə mitinq keçirəcək

ABŞ-nin sabiq prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iyulun 13-də sui-qəsdə məruz qaldığı yerdə yenidən mitinq keçirəcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp oktyabrın 5-də sui-qəsdə məruz qaldığı ərazidə yenidən mitinq keçirəcək.
 
Qeyd edək ki, Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler bölgəsində keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb.
 
Mitinqdə iştirak edən bir nəfər ölüb, iki nəfər yaralanıb, ABŞ Məxfi Xidməti hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.

Hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb.

Mikayıl
Избранный
8
5
azxeber.com

10Источники