RU

Vilayət Eyvazov Yevlaxda 445 vətəndaşın müraciətini dinlədi - Fotolar

Vilayət Eyvazov Yevlaxda 445 vətəndaşın müraciətini dinlədi - Fotolar




Sentyabrın 24-də və 25-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.AzFakt.com xəbər verir ki, Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.Səfər çərçivəsində V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.Sonra polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib.45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.Sonda daxili işlər naziri qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.




Xəbərin oxunma sayı :
100

Избранный
5
31
azfakt.com

10Источники