Bu ilin avqustun 31-nə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 481, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,125 olub.

İndex.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Ötən ayın eyni dövründə bank filiallarının sayı 487, bank şöbələrinin sayı 92, ATM-lərin sayı 3 106 olub ki, bu da aylıq müqayisədə 6 bank filialının və 4 bank şöbəsinin bağlanması, 19 ATM-in isə yaradılması  deməkdir. Son bir ildə isə 5 bank filialı, 1 bank şöbəsi bağlanıb, 93 yeni ATM fəaliyyətə başlayıb.