RU

Sumqayıt Şəhər İcra Hakimiyyətinə yazılan protokola bu tarixdə baxılacaq

Sumqayıt Şəhər İcra Hakimiyyətinə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Samir İsmayılovun sədrliyi ilə oktyabrın 10-da baxılacaq.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 26 Sentyabr 2024, 08:07   
Избранный
18
1
pravda.az

2Источники