RU

Seçmə mərhələ: Azərbaycan millisinin oyunların təqvimi müəyyənləşib

Seçmə

Bakı, 25 sentyabr, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A qrupunda yer alan yığma oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində İspaniya, İngiltərə və Gürcüstan kollektivləri ilə qarşılaşacaq.

Azərbaycan seçməsi oktyabrın 4-də İngiltərə, ertəsi gün Gürcüstanla üz-üzə gələcək. Hər iki görüş Bakı vaxtı ilə saat 14:45-də baş tutacaq. Milli oktyabrın 7-də isə ev sahibi komanda ilə münasibətlərə aydınlıq gətirəcək.. Qarşılaşma saat 20:00-da oynanılacaq.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

 

 

Избранный
3
10
azertag.az

10Источники