AZ

Azərbaycan millisinin ispanlarla və ingilislərlə oyunlarının təqvimi

Çimərlik futbolu üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

A qrupunda yer alan yığmamız oktyabrın 4-dən 15-nə qədər İspaniyanın Kadis şəhərində İspaniya, İngiltərə və Gürcüstan kollektivləri ilə üz-üzə gələcək.

Sahib Məmmədovun baş məşqçisi olduğu komandamız oktyabrın 4-də İngiltərə, bir gün sonra Gürcüstan milliləri ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də start götürəcək. Yığmamız oktyabrın 7-də, saat 20:00-da yerli komanda ilə görüşəcək.

Xatırladaq ki, Azərbaycan millisinin sentyabrın 25-dən oktyabrın 3-nə qədər Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı da olacaq. Bu toplanış məhz seçmə mərhələ oyunlarına hazırlıq xarakteri daşıyacaq.

Seçilən
2
10
arena.az

10Mənbələr