RU

Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib

Çimərlik futbolu üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A qrupunda yer alan yığma oktyabrın 4-dən 15-dək İspaniyanın Kadis şəhərində İspaniya, İngiltərə və Gürcüstan kollektivləri ilə üz-üzə gələcək.Sahib Məmmədovun baş məşqçisi olduğu komanda oktyabrın 4-də İngiltərə, bir gün sonra Gürcüstan milliləri ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də start götürəcək. Yığma oktyabrın 7-də, saat 20:00-da yerli komanda ilə görüşəcək.Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

Избранный
2
10
komanda.az

10Источники