RU

Ağcabədidə iki avtomobil toqquşub, ölən var

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Mahir Şükürzadənin idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "Tofaş" markalı avtomobillə toqquşub.

Nəticədə Mahir Şükürzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Избранный
2
16
operativmm.az

10Источники