AZ

Ağcabədidə iki avtomobil toqquşdu - ölən var

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Mahir Şükürzadənin idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "Tofaş" markalı avtomobillə toqquşub.

Nəticədə Mahir Şükürzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
0
16
bakivaxti.az

10Mənbələr