RU

Gömrük Komitəsi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi barəsində protokol tərtib etdi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 24 Sentyabr 2024, 09:51   
Избранный
13
6
pravda.az

9Источники