RU

İspaniyada özlərini Bred Pitt kimi təqdim edən cinayətkarlar saxlanılıb

İspaniyada beş "Brad Pitt" qadınları aldadan (325.000 avro) saxlanılıb.

İspaniyada özünü məşhur amerikalı aktyor Bred Pitt kimi təqdim edən beş nəfər iki qadından 325 min avro pul tələb etdikləri üçün həbs edilib.

Qaziler.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi sentyabrın 23-də öz saytında məlumat yayıb.

İstintaq zamanı məlum olub ki, cinayətkarlar qurbanları ilə internet vasitəsilə əlaqə saxlayıb, onları şirnikdirib,  “Bred Pitt”lə romantik münasibətə başladığına inandırıblar. Daha sonra saxta bəhanə ilə fırıldaqçılar qurbanları kommersiya layihələrinə investisiya qoymağa məcbur ediblər.

“Biz iki qurbandan oğurlanmış pulun ümumi məbləğinin 85 min avrosunu tapıb, bloklayıb və qaytara bilmişik”, - məlumatda deyilir.

Cinayətkarların tutulması əməliyyatı 2023-cü ilin avqustunda başlayıb.

QAZİLER.AZ

Избранный
18
7
qaziler.az

10Источники